Ana Sayfa > Karusel / Manşet > DİN-dən Kliniki Tibbi Mərkəzlə bağlı AÇIQLAMA

DİN-dən Kliniki Tibbi Mərkəzlə bağlı AÇIQLAMA


13-11-2022, 15:36. Yazar: Admin

DİN-dən Kliniki Tibbi Mərkəzlə bağlı AÇIQLAMA 

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzin həyətində narkomanların peyda olması ilə bağlı videogörüntülərə münasibət açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, görüntülərlə bağlı zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

“Sosial şəbəkələrdə Nəsimi rayonunda Kliniki Tibbi Mərkəzin həyətində narkotik vasitələrdən istifadə edilməsi ilə bağlı yayılan görüntülərdən xəbərdarıq. Tədbirlərin nəticəsi barədə əlavə məlumat veriləcək”, - DİN-dən bildirilib.


Geri dön