Ana Sayfa > Karusel / Manşet > Ərdoğanın İndoneziya gündəliyi bəlli oldu

Ərdoğanın İndoneziya gündəliyi bəlli oldu


13-11-2022, 15:13. Yazar: Admin

Ərdoğanın İndoneziya gündəliyi bəlli oldu 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın ev sahibliyi ilə Bali adasında keçiriləcək 17-ci "G-20" Zirvə Toplantısında iştirak edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının İctimaiyyətlə Əlaqələr Departamentindən bildirilib.

Məlumata görə, 15-16 noyabr tarixlərində keçiriləcək sammitin əsas mövzusu “Birgə bərpa - daha güclü bərpa”dır.

Bu çərçivədə G-20 liderləri “Ərzaq və enerji təhlükəsizliyi”, “Səhiyyə” və “Rəqəmsal transformasiya” adlı üç sessiyada fikir mübadiləsi aparacaqlar.

Prezident Ərdoğan tədbirdən əvvəl - noyabrın 14-də İndoneziya prezidenti Coko Vidodo ilə ikitərəfli görüş keçirəcək.

Görüş zamanı Türkiyə ilə İndoneziya arasındakı əlaqələrə nəzər salınacaq.

Eyni zamanda, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

Türkiyə prezidenti sammit çərçivəsində müxtəlif ölkələrin dövlət başçıları ilə də təkbətək görüşəcək.


Geri dön