Ana Sayfa > Karusel / Manşet > “Nikol “vətənpərvər” çıxışlar edəndə müharibə başlayır - Eduard Şarmazanov
“Nikol “vətənpərvər” çıxışlar edəndə müharibə başlayır - Eduard Şarmazanov13-11-2022, 13:50. Yazar: Admin |
Nikol “vətənpərvər” çıxışlar etməyə başlayanda bu o deməkdir ki, müharibə və itkilər çox yaxındır”.
Bu sözləri Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov baş nazir Nikol Paşinyanın noyabrın 11-də hökumətin iclasında səsləndirdiyi bəyanatları şərh edərkən yazıb: ““Nikol “vətənpərvər” nitqlər etməyə başlayanda müharibə və itki yaxınlaşır. 25 və 26 sentyabr 2020-ci il tarixlərini xatırlayın. Bunun ardınca müharibə, 9 noyabr biabırçılığı və “sülh gündəmi” gəldi” – deyə Şarmazanov bildirib. O, deyib ki, xarici ssenaristlər, yəqin ki, “milli azadlıq” nitqləri səsləndirmək, yeni toqquşma yaratmaq və nəhayət, Azərbaycan-Türkiyə gündəliyinin həyata keçirilməsinə nail olmaq tapşırığı veriblər. “İstisna etmirəm ki, “sülhsevər” Nikol Ermənistan adına ölməyə hazır olduğunu elan edəcək. Ancaq nəticədə başqaları öləcək və Nikol 2 nömrəli təslim aktına imza atacaq” – deyə Şarmazanov fikrini yekunlaşdırıb. Geri dön |