Ana Sayfa > Karusel / Manşet > Naxçıvana gedən təyyarə geri qayıtdı - SƏBƏB

Naxçıvana gedən təyyarə geri qayıtdı - SƏBƏB


13-11-2022, 12:57. Yazar: Admin

Naxçıvana gedən təyyarə geri qayıtdı - SƏBƏB 

Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən “Azərbaycan Hava Yolları”nın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə AZAL-dan məlumat verilib.

Bildirilib ki, təyyarə saat 11:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.


Geri dön