Ana Sayfa > Karusel / Manşet > G20 ölkələri pandemiya fondu yaradır, 1,4 milyard dollar sərmayə qoyulacaq

G20 ölkələri pandemiya fondu yaradır, 1,4 milyard dollar sərmayə qoyulacaq


13-11-2022, 12:35. Yazar: Admin

G20 ölkələri pandemiya fondu yaradır, 1,4 milyard dollar sərmayə qoyulacaq

G20 ölkələrinin maliyyə nazirlikləri yeni pandemiyalarla mübarizə üçün nəzərdə tutulan fondun yaradılması barədə razılığa gəliblər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS İndoneziyanın səhiyyə naziri Budi Qunadi Sadikinə istinadən məlumat yayıb.

 

24 ölkə və təşkilat qlobal fondun inkişafı üçün 1,4 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb.

İndoneziya Səhiyyə Nazirliyinin rəhbərinin sözlərinə görə, yaxın 5-10 ildə bu məbləğ 10 milyarda qədər arta bilər.

Plana görə, bu vəsait yoxsul ölkələr arasında bölüşdürülməlidir.

Bu pul peyvənd, dərman və sınaq avadanlığının alınmasına sərf olunacaq.


Geri dön