Ana Sayfa > Karusel / Manşet > Rusiya və İran prezidentləri telefonla danışıb

Rusiya və İran prezidentləri telefonla danışıb


12-11-2022, 21:56. Yazar: Admin

Rusiya və İran prezidentləri telefonla danışıb

Rusiya Prezidenti Vladimir Putinlə İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.

Qarabaginfo.az-ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı iki ölkə arasında siyasi, ticarət-iqtisadi, o cümlədən nəqliyyat və logistika sektorunda əməkdaşlığın daha da inkişaf etdirilməsi vurğulanaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələləri müzakirə edilib. Rusiya və İranın müvafiq qurumları arasında əlaqələrin gücləndirilməsi razılaşdırılıb.

Vladimir Putin oktyabrın 26-da Şiraz şəhər məscidində törədilmiş terror aktı ilə bağlı bir daha başsağlığı verib.


Geri dön