Ana Sayfa > Karusel / Manşet > Ukrayna ordusuna verilən silahların sayı açıqlandı

Ukrayna ordusuna verilən silahların sayı açıqlandı


12-11-2022, 19:39. Yazar: Admin

Ukrayna ordusuna verilən silahların sayı açıqlandı 

2022-ci il ərzində Ukrayna Silahlı Qüvvələrinə 13,2 milyondan çox hərbi texnika və silah verilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə UNN Ukrayna Müdafiə Nazirliyinin hesabatına istinadən məlumat verib.

Bu rəqəmə alınan raketlər, artilleriya sistemləri və döyüş sursatları da daxildir.

Hesabata Ukrayna istehsalı olan silahlar, xüsusilə "Korsar" və "Skif" tank əleyhinə sistemlər, MiQ-29MU1 təyyarələri, Mi-8-MSB-V helikopterləri və "Neptun" sahil raket kompleksləri də əlavə edilib.

Sənəddə deyilir ki, fevralda Ukraynada hərbi əməliyyatların başlandığı vaxt Ukrayna Silahlı Qüvvələrinin silahlanmasının yalnız 10%-i yeni və ya modernləşdirilmiş silahlardan ibarət olub.


Geri dön