Ana Sayfa > Karusel / Manşet > Britaniyanın Berlindəki səfirliyinin əməkdaşı Rusiyaya casusluq etdiyini etiraf edib

Britaniyanın Berlindəki səfirliyinin əməkdaşı Rusiyaya casusluq etdiyini etiraf edib


12-11-2022, 16:49. Yazar: Admin

Britaniyanın Berlindəki səfirliyinin keçmiş mühafizəçisi Devid Ballantayn Smit Rusiyaya casusluq etdiyini etiraf edib.

O, Almaniyada çalışdığı müddətdə Rusiyaya casusluq etdiyini bildirib.

58 yaşlı Smit britaniyalıdır. O, səfirlikdə çalışan şəxslər haqqında məlumatları Rusiya rəsmilərinə və kəşfiyyat orqanlarına ötürmək, səfirliyin fəaliyyəti ilə bağlı əlavə məlumat toplamaqda ittiham olunub.

Mühafizəçi Londonun Old-Beyli Mərkəzi Cinayət Məhkəməsində iclas zamanı bu etirafı edib.

Qeyd edək ki, noyabr ayının 4-də baş tutan prosesin mətbuata açıqlanmamasına səbəb məhkəmənin tətbiq etdiyi qadağa olub. 


Geri dön