Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırıb.
Qarabaginfo.az-ın məlumatına görə, Ərdoğan Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülən və onun tərəfdarlarının gizləndiyi ölkələrin adlarını açıqlayıb:
"Hazırda onlara kim sahib çıxır? İlk növbədə Yunanıstan. Yunanıstana, Avropaya qaçıb gediblər. Həmişə oralarda qaçıblar: Almaniyada, Fransada, Hollandiyada, Danimarkada, İngiltərədə, Amerikada yaşayırlar. Amerika bu adamı (Fətullah Güləni-red.) gizlədir. Bayden gizlədir. Pensilvaniyada onlara nəhəng bir malikanə verdilər, bu adam orada yaşayır. Məndən soruşsanız, terrorun mərkəzi haradadır, bax məni oranı deyə bilərəm”.