Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Onlara Prezidentin fəxri diplomu verildi - SƏRƏNCAM
Ana Sayfa > Karusel > Onlara Prezidentin fəxri diplomu verildi - SƏRƏNCAM

Onlara Prezidentin fəxri diplomu verildi - SƏRƏNCAM


12-11-2022, 13:15. Yazar: Admin
Onlara Prezidentin fəxri diplomu verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 

Qarabaginfo.az-ın məlumatına görə, Ssərəncamda deyilir:

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin:

 

İsayev Xəzər Ağali oğlu

 

Meftahəddinova Zemfira Əli qızı

 

Rəhimov Nazir Həzrətqulu oğlu

 

Şabanova Rəfiqə Mahmud qızı.


Geri dön