Ana Sayfa > Karusel / Manşet > Paşinyan Ərdoğanla görüşünü yüksək qiymətləndirib

Paşinyan Ərdoğanla görüşünü yüksək qiymətləndirib


12-11-2022, 00:45. Yazar: Admin

Paşinyan Ərdoğanla görüşünü yüksək qiymətləndirib

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəbəb Tayyib Ərdoğanla Praqadakı görüşünü müsbət qiymətləndirib.

Qarabaginfo.az-ın xəbərinə görə, Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib ki, onların diskursunda üst-üstə düşməyən məqamlar olmayıb.

 

“Əgər davamlı iş, siyasi istək və iradə olarsa bu diskursu daha da yaxınlaşdırmaq, yəni münasibətləri nizamlamaq mümkündür” – deyə paşinyan qeyd edib.

Baş nazirin fikrincə, Türkiyə-Ermənistan sərhəddinin açılması ciddi irəliləyiş olar: “Biz hazırda bu məsələ üzərində işləyirik. Amma illuziyaya qapılıb bunun 2 gün içində baş verəcəyini deyə bilmərəm. Lakin biz bunun üçün ardıcıl işləməliyik” – deyə Paşinyan vurğulayıb.


Geri dön