Ana Sayfa > Karusel / Manşet > Türkmənistan və Azərbaycan arasında Xəzərin dibi ilə fiber-optik rabitə xətti çəkilə bilər
Türkmənistan və Azərbaycan arasında Xəzərin dibi ilə fiber-optik rabitə xətti çəkilə bilər11-11-2022, 22:59. Yazar: Admin |
“Xəzər dənizinin dibi ilə Türkmənistan və Azərbaycan arasında fiber-optik rabitə xəttinin çəkilməsi 2024-2025-ci illərdə başlaya bilər”. Bu sözləri Türkmənistanda keçirilən “Türkmentel - 2022” Beynəlxalq Sərgi və Elmi Konfransında iştirak edən “AzərTelekom”un Direktorlar Şurasının sədri Fuad Allahverdiyev deyib. “Hazırda inzibati-hüquqi proseslər gedir. Gələn ildən layihə və tender sənədlərinin hazırlanmasına başlamağı planlaşdırırıq. Layihə mürəkkəbdir. Tikintinin özü isə maksimum altı ay çəkəcək”, - deyə Fuad Allahverdiyev bildirib. Qeyd olunur ki, bu layihənin “TürkmenTelekom” və “AzərTelekom” şirkətləri tərəfindən birgə həyata keçirilməsi planlaşdırılır. F.Allahverdiyev əlavə edib ki, bu, şirkətlərin ilk birgə layihəsidir. Geri dön |