Ana Sayfa > Karusel / Manşet > Mirzoyan Fransa XİN rəhbəri ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Mirzoyan Fransa XİN rəhbəri ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib11-11-2022, 20:47. Yazar: Admin |
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransaya səfəri çərçivəsində həmkarı Katrin Kolonna ilə görüşüb. Qarabaginfo.az-ın xəbərinə görə, Mirzoyan Fransa XİN rəhbərinə Azərbaycanla normallaşma prosesi və sərhədlərin delimitasiyası barədə məlumat verib.
Tərəflər oktyabrın 6-da Praqada keçirilmiş dördtərəfli görüşdən sonra verilən bəyanatın əhəmiyyətini vurğulayıblar. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. Geri dön |