Ana Sayfa > Karusel / Manşet > Sahib Alıyev: Ermənistan azərbaycanlıların doğma yurdlarına kompakt qayıtmalarına təminat verməlidir

Sahib Alıyev: Ermənistan azərbaycanlıların doğma yurdlarına kompakt qayıtmalarına təminat verməlidir


11-11-2022, 17:58. Yazar: Admin

Sahib Alıyev, Milli Məclisin deputatı

“Azərbaycanlılar Ermənistanı ayrı-ayrı fərdlər olaraq yox, elliklə tərk ediblər. Daha dəqiqi, etnik təmizləmə ilə üzləşiblər. Etnik təmizləməyə uğrayanların guya fərdi şəkildə vətəndaşlıq haqlarının təmininə yönəlmiş bu qanunvericilik təşəbbüsü yeni hay hoqqasıdır. Burada məqsəd saxta tolerantlıq görüntüsü yaratmaqla, birincisi, azərbaycanlılara qarşı edilən vəhşiliyi Ermənistanı könüllü tərk kimi təqdim etmək, ikincisi, elliklə qayıdışın qarşısını almaqdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

 

Sahib Alıyev deyib ki, vətəndaşlığın fərdi şəkildə bərpası o deməkdir ki, kiminsə bu haqqı tanına bilər, kiminsə yox: “Ermənistanda azərbaycanlılara necə yanaşıldığını xatırlatsaq, görərik ki, haqqı tanımayanlar haqqı tanınanlardan qat-qat çox olacaq. Bir sözlə, Ermənistan rəhbərliyinin nə düşüncəsindən, nə hansı hoqqabazlığa əl artmasından asılı olmayaraq azərbaycanlılar oradakı doğma yurd yerlərinə qayıdacaqlar. Beynəlxalq humanitar hüquq onlar üçün belə haqq tanıyır. Onların Vətənə dönüş hüquqlarını(right to homeland) heç kim əllərindən almayıb, ala da bilməz. İrqi ayrı-seçkilik əsasında yaşadıqları yerdən qovulanların vətəndaşlıq hüququ onlar sağ qaldıqca itmir. Ermənistan rəhbərliyi yaxşı olar ki, belə hoqqabazlıqdansa azərbaycanlıların doğma yurdlarına qayıdıb, kompakt şəkildə orada yaşamalarına, təhlükəsizliklərinin tam təmininə təminat versin. Eyni zamanda onların təhlükəsizliklərinin tam təmini üçün ilk bir neçə ildə yaşadıqları qəsəbələrdə digər ölkələrin sülhyaradıcı qüvvələrinin yerləşdirilməsinə şərait yaratsın”.


Geri dön