Ana Sayfa > Karusel / Region > Putinin "xüsusi hərbi əməliyyat"ında əsl qalib Türkiyədir - "Ərdoğanın bir zəngi..."

Putinin "xüsusi hərbi əməliyyat"ında əsl qalib Türkiyədir - "Ərdoğanın bir zəngi..."


11-11-2022, 17:53. Yazar: Admin
Putinin
"Türkiyə Avropada və Mərkəzi Asiyada təsirini artırır" - "The Telegraph"
"Ərdoğanın bir zəngi Putini "sıraya" qaytarmağa kifayət edib..."
 
"Rusiyanın Avropa və Mərkəzi Asiyada təsiri xeyli azaldığından Ərdoğan yaranan vakuumu doldurmağa hədəflənib..."
 
"Suriyada, Qafqazda və Şimali Afrikada Türkiyə təşəbbüsü ələ almağı bacarıb..."
 
"Türkiyə Ukrayna böhranında bacarıqla hər iki cəbhəyə işləyərək, istədiyini almağa çalışır..."
 
"Rusiya Ukraynada məğlubiyyətlərlə üzləşir, Türkiyə onun "masadakı yerini" əlindən alaraq dünya meydanında onu rolu və təsirindən məhrum edir..."
 
Rusiya diqqətini Ukraynada cəmləşdirəndən sonra Türkiyə Avropada və Mərkəzi Asiyada meydana çıxan vakuumu doldurur.
Qarabaginfo.az Moderator.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Telegraph" nəşri yazıb.
 
Bu zaman Ərdoğan Putinlə münasibətlərin soyumasından yan keçir. Türkiyə bacarıqla hər iki cəbhəyə işləyir ki, ölkə yenidən öz böyüklüyünə nail olsun.
 
Rusiyanın Avropa və Mərkəzi Asiyada təsiri xeyli azaldığından Ərdoğan yaranmış vakuumu doldurmağa hədəflənib.
 
1568-ci ildə rus çarı İvan Qroznı ilk dəfə öz ordusunu Osmanlı imperiyasına qarşı vuruşmağa göndərib. Sonrakı 500 ildə iki böyük dövlət ən azı on qanlı savaş aparıb, nəticədə saysız-hesabsız insanlar həlak olub və ruslar Krımdan Qafqazadək geniş ərazilərə nəzarəti ələ keçirib.
İndi, min illər keçəndən sonra, Moskvanın diqqəti özünün Ukraynada getdikcə daha fəlakətli olan "xüsusi hərbi əməliyyat"ına cəmləşdiyi zaman, onun çoxdankı rəqibi Türkiyə Kremlin özünün yaratdığı böhrandan istifadə edərək, zamanı geriyə döndərmək istəyir.
 
Ötən həftə sevinc hissi keçirən kütlə qarşısında çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan elan edib ki, "Türkiyə əsri" gəlir və onilliklərin tənəzzülündən sonra ölkənin böyüklüyünü özünə qaytarmağı vəd edib. Osmanlı imperiyasının gücündən, onun regionda dominantlığından və ənənəvi İslam dəyərlərindən heyrətini gizlətməyən Ərdoğan, hər şeydən göründüyü kimi, sələflərinin yolu ilə getmək niyyətindədir.
 
Lakin növbəti ilin əvvəlində Ərdoğanı kəskinləşən iqtisadi böhran, nəticədə inflyasiyanın 85, 5 faizə çatdığı, ərzaq məhsulları və zəruri malların qiymətlərinin əmək haqlarından daha tez artması fonunda yenidən seçilmək uğrunda ciddi mübarizə gözləyir. Öz problemlərinə cavab axtarışında olarkən Türkiyə Şərqi və Mərkəzi Asiyada enerjidaşıyıcılarının tədarükünü, ucuz idxalı təmin etməyə və öz mövqelərini möhkəmləndirməyə yönələn səylər göstərməkdədir. Bu, onun tanklarının bilavasitə Rusiyanın təsir dairəsində yerləşdirməsi deməkdir.
 
Suriyanın şimalında Türkiyə qoşunları kürd yaraqlılarına qarşı yeni hücuma hazırlaşaraq, vətəndaş müharibəsindən xilas olaraq ölkəyə gələn on minlərlə qaçqının yerləşəcəyi ərazini nəzarətə götürə bilər. Bu plan ucbatından Ankara və Bəşər Əsəd hökumətini dəstəkləyən və digər xarici qüvvənin onun "ərazisinə" müdaxilə etməsini istəməyən Moskva arasında ziddiyətlər yaranıb. Lakin
onsuz da "xüsusi əməliyyat"la yüklənən Kreml, görünür, xəbərdarlıqlardan savayı heç nə edə bilmir.
 
Eynilə Qafqazda Ərdoğan özünün ən yaxın müttəfiqi olan Azərbaycana Moskvanın başçılıq etdiyi KTMT hərbi alyansın üzvü olan qonşu Ermənistanla kəskinləşən münaqişədə dəstək verib. Sentyabr ayında iki ölkə arasında sərhəddə vəziyyət kəskinləşəndə, İrəvan Rusiyaya müdaxilə etməyə çağırış edib. Özünün arxa həyətində daha bir münaqişəyə cəlb olunmağı istəməyən Kreml bu xahişə diqqət göstərməyib və Rusiya sülhməramlıları vəziyyətin öhdəsindən gələ bilməyib.
 
Nə zamansa Şimali Afrikanın mərkəzi hissəsi olaraq Osmanlı imperiyasının tərkibində olmuş Liviyada Türkiyə ilə Rusiya təsir uğrunda mübarizə aparıb və növbəti vətəndaş savaşının müxtəlif tərəflərində dayanıb. Lakin indi Moskvanın dəstək verdiyi üsyançılar, demək olar ki, təslim olub və Kremlin təsiri zəifləyir, Ankara isə ona çox zəruri olan neft və qaz sövdələşmələrindən yararlanmaqdadır.
 
Lakin Türkiyənin daha özünün bütün maraqlarını eyni zamanda müdafiə edə bilməyən Rusiyadan qalan vakuumu doldurmağa cəhd etməsinə rəğmən, Ərdoğan Vladimir Putinlə münasibətlərin soyumasından diqqətlə yan keçir. Ukraynada "xüsusi əməliyyat" başlanandan Türkiyə prezidenti bacarıqla hər iki cəbhəyə işləyərək, istədiyini almağa çalışır. Bir tərəfdən, Türkiyə özünün onlarla qabaqcıl Bayraktar TB-2 zərbə pilotsuz uçuş aparatlarını yaxın tərəfdaşı olan Kiyevə göndərib, orada Rusiyanın uzun zirehli texnika karvanının məhv edilməsi üçün istifadə edilir. Digər tətəfdən, o, Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina edərək, oliqarxların və turistlərin pulları və aktivlərini cəlb edir, həmçinin embarqo qoyulan neft idxalını iki dəfə artırıb.
 
Qüvvələr nisbəti dinamikasında dəyişikliklər ən çox Qara dənizdə aşkar görünür, burada Türkiyə Ukraynaya, Rusiyanın onun limanlarını bloklamasına rəğmən, öz taxılını dünyanın müxtəlif ölkələrə ixrac etməsinə imkan verən sövdələşmədə vasitəçi kimi çıxış edib. Moskva pilotsuz uçuş aparatının onun hərbi gəmilərinə zərbəsindən sonra sazişdən çıxması ilə təhdid edəndə, Ərdoğanın bir zəngi, görünür, özünün təsadüfi müttəfiqi ilə münasibətləri korlamaq istəməyən Putini "sıraya" qaytarmağa kifayət edib.
 
Fevralda tankları Ukraynaya göndərmək əmri verən Putin aydın şəkildə anladıb ki, Sovet İttifaqının böyük dövlət kimi şanlı dövranını bərpa etmək istəyir. Lakin onun qoşunlarının bir-birinin ardınca orada ilişib məğlubiyyətlə üzləşmək səbəbindən başqa bir imperiyanın təsiri artır və mövqeləri möhkəmlənir, bu imperiya onun "masadakı yerini" əlindən alaraq, dünya meydanında onu rolu və təsirindən məhrum edir.
 
Müəllif: Qabriel Hevin

Geri dön