Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycana elektrikli təzə avtomobillərin idxalı gömrük rüsumundan azad edilir

Azərbaycana elektrikli təzə avtomobillərin idxalı gömrük rüsumundan azad edilir


11-11-2022, 15:54. Yazar: Admin

 

Nazirlər Kabineti yeni qərarların izahını verib

Azərbaycana elektrikli təzə avtomobillərin idxalı gömrük rüsumundan azad edilir.

Qarabaginfo.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edib.

Zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrikli minik avtomobillər 15 faiz idxal gömrük rüsumundan azad edilir.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.


Geri dön