Ana Sayfa > Karusel / Kriminal > Azərbaycan iranlı narkotaciri axtarışa verdi

Azərbaycan iranlı narkotaciri axtarışa verdi


11-11-2022, 10:25. Yazar: Admin
Azərbaycan iranlı narkotaciri axtarışa verdi

Azərbaycan iranlı narkotaciri “qırmızı bülleten”lə beynəlxalq axtarışa verib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

 

Bildirilib ki, İran vətəndaşı 1980-ci il təvəllüdlü Tohid Ahmedzadehdehghan qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.

 

Onun barəsində Azərbaycan məhkəmələri tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib və saxlanılması ilə bağlı beynəlxalq axtarış elan edilib.


Geri dön