Ana Sayfa > Karusel / Manşet > Rusiya ordusu Xersonu tərk edərəkən dağıntılar törədiblər

Rusiya ordusu Xersonu tərk edərəkən dağıntılar törədiblər


10-11-2022, 22:12. Yazar: Admin

Rusiya ordusu Xersonu tərk edərəkən dağıntılar törədiblər

Rusiya Ordusu Ukraynada ələ keçirdiyi yeganə vilayət mərkəzi olan Xerson şəhərini tərk edərkən dağıntılar törədiblər.

Qarabaginfo.az UNİAN-a istinadən xəbər verir ki, onlar teleqüllə yaxınlığında yerləşən televiziya blokunu, qazanxanaları və enerji obyeklərini partladıblar.

 

Məlumata görə, hazırda rabitə ilə bağlı problemlər davam edir.

Yerli sakinlər bildirir ki, ruslar Xerson İncəsənət Muzeyindəki bütün qiymətli əşyaları götürüblər.

Binada 13 minə yaxın çox qiymətli əsər olub.


Geri dön