Ana Sayfa > Karusel / Region > NATO Azərbaycan Ordusunun hərbçiləri üçün təlim kursu keçirir - FOTO

NATO Azərbaycan Ordusunun hərbçiləri üçün təlim kursu keçirir - FOTO


10-11-2022, 17:52. Yazar: Admin

NATO Azərbaycan Ordusunun hərbçiləri üçün təlim kursu keçirir - FOTO

NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən Hərbi İdarəetmə İnstitutunda "NATO-da operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi" təlim kursu keçirilir.

MN-dən Qarabaginfo.az-a verilən məlumata görə, təlimin ilk günündə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərindən olan hərbi qulluqçularımıza mobil təlim qrupunun nümayəndələri tərəfindən "NATO və hərbi əməkdaşlıq", "NATO-da əməliyyatların planlama prosesi", "NATO-da əməliyyatların qiymətləndirilməsi", "NATO-da əməliyyatların analiz sistemləri" və digər mövzularda brifinqlər təqdim olunub.

Noyabrın 12-dək davam edəcək kursda iştirak edən dinləyicilərə aidiyyatı mövzular barədə məlumatlar veriləcək və müxtəlif məşğələlər təşkil ediləcək.


Geri dön