Ana Sayfa > Karusel > Siçan dərmanını "jelibon" bilib yeyən 2 qardaş ÖLDÜ

Siçan dərmanını "jelibon" bilib yeyən 2 qardaş ÖLDÜ


10-11-2022, 17:21. Yazar: Admin
Siçan dərmanını

Bakıda dəhşətli hadisə baş verib.

 

Qarabaginfo.az xəbər verir ki, Bakının Ramana qəsəbəsində azyaşlı iki qardaş siçan dərmanı yeyərək zəhərlənib ölüblər. Hadisə baş verən evin qonşuları bildiriblər ki, 5 yaşlı E.Ə. və 3 yaşlı O.Ə. səhvən siçan dərmanını “jelibon” bilərək yeyiblər.

 

Sonra hər iki qardaş qəfil yerə yıxılıblar və dünyasını dəyişiblər.

 

Qeyd olunur ki, ailənin onlardan başqa övladları yoxdur. Ev yiyəsi həmin dərmanı siçanları məhv etmək üçün istifadə edirmiş.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Manşet.az yayıb.


Geri dön