Ana Sayfa > Karusel / Region > Sarkisyanın məhkəməsi təxirə salındı

Sarkisyanın məhkəməsi təxirə salındı


10-11-2022, 16:56. Yazar: Admin

Sarkisyanın məhkəməsi təxirə salındı   

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın işi ilə bağlı məhkəmə iclası 24 noyabra ertələnib.

Qarabaginfo.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə bu gün keçirilən iclasda qərar qəbul olunub.

Məlumata görə, məhkəmə iclasının ertələnməsinə səbəb hal şahidi kimi iclasda iştirak edən Sevan Koçaryanın dinlənilməsinin mümkün olmamasıdır. Belə ki, o, iclasa eşitmə aparatı olmadan gəlib.

Həmçinin iş üzrə təqsirləndirilən şəxslərdən biri olan Barseq Beqlaryanın prosesə qatılmaması da iclasın ertələnməsi üçün əsaslardan biri olub.

Qeyd edək ki, Serj Sarkisyan hakimiyyəti dövründə 1 milyon dollardan çox dövlət vəsaitinin oğurlanmasının təşkilində ittiham olunur. Onunla birlikdə sabiq kənd təsərrüfatı nazirinin müavini Samvel Qalstyan, nazirliyin bitkiçilik idarəsinin rəisi Gevorq Arutyunyan və "Fleş” şirkətinin sahibi Barseq Beqlaryana da ittiham irəli sürülüb.(Yenisabah)


Geri dön