Ana Sayfa > Karusel / Hadisə > Yasamalda avtomobil qadını vuraraq öldürüb

Yasamalda avtomobil qadını vuraraq öldürüb


10-11-2022, 13:21. Yazar: Admin

Yasamalda avtomobil qadını vuraraq öldürüb

Noyabrın 9-da saat 7 radələrində Yasamal rayonu ərazisində Abşeron rayon sakini M.Quliyev idarə etdiyi “QAZ-24” markalı avtomobillə yolu keçən Qobustan rayon sakini Aynaxanım Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Bu barədə Qarabaqinfo.az-a DİN-dən məlumat verilib.

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.


Geri dön