Rusiya prezidenti Vladimir Putinin yaxın vaxtlarda İrəvana gələcəyi gözlənilir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə V.Putin dünən Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı müzakirə aparıb.
Liderlər Rusiya prezidentinin noyabrın 22-də Ermənistana səfərinin gündəliyini müzakirə ediblər.
Noyabrın 23-də İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçiriləcək.(Yenisabah.az)