Ana Sayfa > Karusel > Arayik Arutyunyan generalın həbsinə görə dindirildi
Arayik Arutyunyan generalın həbsinə görə dindirildi10-11-2022, 10:40. Yazar: Admin |
Qarabağdakı separatçılarının başçısı Arayik Arutyunyan Xankəndidəki qondarma rejimin “keçmiş müdafiə naziri”, general-leytenant Mikayel Arzumanyana qarşı açılan cinayət işi çərçivəsində dindirilib. Nəşrin məlumatına görə, Qarabağdan bir sıra yüksək rütbəli hərbçilər bu işlə bağlı İrəvana gəliblər, onlar hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşüblər. "Generallar Arzumanyanla bağlı məsələni müzakirə edərək, onun azadlığa buraxılmalı olduğunu bildirib, istintaq təcridxanasında saxlanmasını ədalətsizlik kimi qiymətləndiriblər", - deyə qəzet yazır. M.Arzumanyan avqustun 30-da 44 günlük müharibə zamanı Şuşanınm müdafiəsi zamanı hərbi vəzifələrini yerinə yetirərkən səhlənkarlıq ittihamı ilə saxlanılıb. Sentyabrın 1-də Arzumanyan həbs edilib.
Geri dön |