"Rusiya sülhməramlı qüvvələri erməni separatçılarını yeni təxribatlara hazırlaşdirir. Ermənistan Azərbaycanla aparılan danışıqları baxmayaraq dövlət sərhəddi istiqamətində növbəti dəfə atəşkəsi pozur. Xüsusilə Vaşinqtonda keçirilən görüşdən sonra, bu təxirbatlar baş verdi. Həmçinin Xocavənddə erməni qanunsuz birləşmələri Azərbaycan ordusunun mövqelərini atəşə tutdu. Rusiya Vaşinqtonda keçirilən görüşə Qarabağda silahlı təxribatla cavab verir".
Qarabaginfo.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.
Politoloqun sözlərinə görə, Rusiya erməniləri növbəti təxribata sövq edərək real sülh prosesini pozmağı planlayır:
"Rusiya sülhməramlı qüvvələri bir müddətdir ki, Laçın dəhlizindən erməni silahlı birləşmələrinə silah-sursat təchiz edir. Ermənistanda sülh müqaviləsində maraqlı deyil. Qeyd edim ki, Ermənistanın müdafiə naziri Suren Papikyan növbəti mühaibəyə hazırlaşdıqlarını vurğulayıb. Demək olar ki, Ermənistan bizimlə şərt dilində danışır. Vaşinqtonda xarici işlər nazirlərinin görüşündə heç bir müsbət nəticə əldə edilməyib. Ermənistan hakimiyyəti 30 il apardığı imitasiya danışıqlarını yenidən davam etdirir".
"Ermənistan rəhbərliyi müharibədən iki il keçməsinə baxmayaraq sülh müqaviləsindən ciddi şəkildə yayınır. Azərbayacanla növbəti hərbi eskalasiyada maraqlı görünür. Bundan əlavə, Qarabağda Rusiya hərbiçilərinin müvəqqəti nəzarət etdiyi ərazilərdə silahlı erməni birləşmələrinin təxirbatlarının intensivləşməyi gözlənilir. Azərbaycan silahlı qüvvələrinin mövqelərinə qarşı erməni silahlı separatçılar təxirbatlar etməsi mümkündür. Azərbaycan rəhbərliyi bu təxribataların qarşısını almaq üçün Laçın yolunda post qurmalı və hərbi əməliyyatlar keçirilməlidir.
Prezident İlham Əliyev bununla bağlı Ermənistana və Rusiyaya açıq mesaj verdi. İki il yarımdan sonra Rusiya hərbiçilərinin Qarabağdan çıxarılması tələb ediləcək", - politoloq şərhini yekunlaşdırıb.(yenisabah)