Ana Sayfa > Karusel / Manşet > Hakerlər Moldova Prezidenti və baş nazir müavininin “Telegram” hesablarını ələ keçiriblər

Hakerlər Moldova Prezidenti və baş nazir müavininin “Telegram” hesablarını ələ keçiriblər


9-11-2022, 21:39. Yazar: Admin

Noyabrın 9-da hakerlər Moldova Prezidenti Maya Sandu və baş nazirin müavini Andrey Spinunun rəsmi “Telegram” hesablarını “sındırıblar”.

Siyasətçilərin sosial şəbəkələrində respublikanın ədliyyə naziri Sergiu Litvinenkonun korrupsiya sxemləri ilə bağlı eyni mesajlar yayılıb.

Öz növbəsində, M.Sandunun mətbuat xidməti Moldova prezidentinin rəsmi “Telegram” kanalında çıxan bütün paylaşımların yalan olduğunu və hakerlər tərəfindən dərc edildiyini bildirib.


Geri dön