Ana Sayfa > Karusel / Manşet > Aİ Ukraynaya 3 milyard dollar ayırmağı planlaşdırır

Aİ Ukraynaya 3 milyard dollar ayırmağı planlaşdırır


9-11-2022, 20:51. Yazar: Admin

Aİ Ukraynaya 3 milyard dollar ayırmağı planlaşdırır 

Avropa İttifaqı (Aİ) bu il Ukraynaya daha 3 milyard dollar maliyyə yardımı etməyi planlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) vitse-prezidenti Valdis Dombrovskis Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

Təşkilat Ukraynaya noyabrda 2,5 milyard avro, dekabrda daha 500 milyon avro makromaliyyə yardımı köçürməyi planlaşdırır.

AK rəsmi olaraq 2023-cü ildə Kiyevə 18 milyard avro vəsaitin ayrılması təklifini açıqlayıb. AK rəhbəri Ursula fon der Lyayenin bu məsələni noyabrın 6-da müzakirəyə çıxarmaq istədiyi bildirilir.

"Bloomberg"in məlumatına görə , Macarıstan hakimiyyəti Ukraynaya 18 milyard avro verilməsi qərarını əngəlləməklə hədələyir.Nəşrin yazdığına görə, Budapeşt koronavirus məhdudiyyətlərinin nəticələrindən iqtisadiyyatın bərpası üçün Aİ-dən vəsait almaq istəyir.


Geri dön