Ana Sayfa > Karusel / Manşet > Meqan Markl kral ailəsinin protokol qaydalarını pozub - FOTO

Meqan Markl kral ailəsinin protokol qaydalarını pozub - FOTO


9-11-2022, 18:52. Yazar: Admin

Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl ABŞ-da keçirilən aralıq seçkilərində iştirak etməklə və amerikalıları vətəndaşlıq borcunu yerinə yetirməyə çağırmaqla kral ailəsinin protokol qaydalarını pozub.

Qaydalara görə, Britaniya kral ailəsinin nümayəndələri belə məsələlərdə bitərəf qalmalı və siyasi fəaliyyətlərdə iştirak etməməlidirlər.

Belə ki, Meqan Markl özünün veb-saytında üzərində “Mən səs verdim. Artıq seçkiyə qatılıb, səs verməyin vaxtıdır” cümləsi yazılmış köynəyin fotosunu paylaşıb.

Qeyd edək ki, ABŞ-da aralıq seçkiləri bir neçə saat bundan əvvəl başa çatıb. Hazırda səslərin hesablanması prosesi keçirilir. İlkin nəticələrə görə, respublikaçılar artıq Nümayəndələr Palatasında 196, Demokratlar isə 168 yer qazanıblar.

 


Geri dön