Ana Sayfa > Karusel / Manşet > Kreml: Konqresə seçkilər ABŞ-la münasibətlərə təsir etməyəcək

Kreml: Konqresə seçkilər ABŞ-la münasibətlərə təsir etməyəcək


9-11-2022, 14:21. Yazar: Admin

Kreml: Konqresə seçkilər ABŞ-la münasibətlərə təsir etməyəcək

Kreml ABŞ Konqresinə seçkilərin nəticələri ilə bağlı məlumatları diqqətlə təhlil edir.

Qarabaginfo.az-ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlər pis olaraq qalır və qalacaq: "Konqresə seçkiləri buna təsir etməyəcək", deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov onu da bildirib ki, Strateji Hücum Silahlarının azaldılması ilə bağlı SNV-3 müqaviləsinin uzadılması əlaqədar Rusiya Federasiyası ilə ABŞ arasında dialoqdan danışmaq hələ tezdir, bu cür təmasları əvvəlcədən elan etmək olmaz.


Geri dön