Ana Sayfa > Karusel / Kriminal > Meyxanaçı Rəşad Dağlı qətl törədib
Meyxanaçı Rəşad Dağlı qətl törədib9-11-2022, 10:46. Yazar: Admin |
Prokurorluq məşhur meyxanaçı Rəşad Dağlının (Əmirov) törətdiyi qətl barədə məlumat yayıb. Qaradağ rayon prokurorluğundan Qarabaginfo.az daxil olan məlumata görə, noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir. *** 07.58 Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı qonşusunu qətlə yetirib. Qarabaginfo.az xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib. Belə ki, Lökbatan dairəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb. R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib. Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb.
Geri dön |