Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rusiya İrandan PUA-ları necə alıb? - Qərb mətbuatı yazır
Ana Sayfa > Karusel / Manşet > Rusiya İrandan PUA-ları necə alıb? - Qərb mətbuatı yazır

Rusiya İrandan PUA-ları necə alıb? - Qərb mətbuatı yazır


9-11-2022, 00:23. Yazar: Admin

Rusiya İrandan PUA-ları necə alıb? - Qərb mətbuatı yazır 

Rusiya Ukraynaya hücum etmək üçün istifadə etdiyi pilotsuz uçuş aparatları (PUA) üçün İrana 140 milyon avro nağd pul ödəyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Britaniyanın "Sky news" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, İrana yalnız pul vəsaiti verilməyib. Moskva PUA-ların müqabilində müharibədə ələ keçirdiyi bir sıra Qərb silahlarını Tehrana təhvil verib. Bunlara əsasən Britaniya və Amerika silahları daxildir.

Britaniya telekanalı 20 avqust 2022-ci ildə Tehranda iki İl-76 təyyarəsinin hərəkətini əks etdirən görüntülər əldə edib. Ukraynada ələ keçirilən silah nümunələrinin məhz bu təyyarələrdə daşındığı iddia edilir.

Məlumata görə, Rusiya İrana Britaniyanın NLAW tank əleyhinə raketini, Amerikanın “Javelin” tank əleyhinə raketini və “Stinger” zenit raketini verib.

Telekanalın mənbəsinin məlumatına görə, son günlər İran və Rusiya arasında 200 milyon avro dəyərində PUA-ların gələcək tədarükü haqqında razılıq əldə olunub. 


Geri dön