Ana Sayfa > Karusel / Region > Rusiyanın torpağımızdakı “sülhməramlı”ları növbəti dəfə erməni böhtanını "təsdiqlədi"…
Rusiyanın torpağımızdakı “sülhməramlı”ları növbəti dəfə erməni böhtanını "təsdiqlədi"…8-11-2022, 12:18. Yazar: Admin |
İkinci ildir ki, “sülhməramlı” adı altında Azərbaycan Respublikasının hüquqi-tarixi ərazisinin bir hissəsində müvəqqəti(!) yerləşərək əslində Xankəndindəki separatçı-terrorçu rejimə dəstək verməklə özlərini işğalçı kimi aparan Rusiyanın hərbi kontingentinin komandanlığı erməni sosial şəbəkələrində guya noyabrın 5-də Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocalı rayonunun Pirlər kəndi istiqamətində mülki traktora atəş açılması barədə yayılan yalan məlumatları “təsdiqləyib”.
Qarabaginfo.az xəbər verir ki, bu haqda informasiya Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının Qarabağdakı “sülhməramlı” kontingentə aid bölməsində yayılıb.
Qondarma məlumatda deyilir(bax://mil.ru/russian_peacekeeping_forces/bulletins/more.htm?id=12444317@egNews)
"Əsgəran rayonu ərazisində atəşkəs rejiminin pozulması faktı qeydə alınıb.
Noyabrın 5-də saat 12.30-da XRAMORT-dan 1,8 km şərqdə kənd təsərrüfatı texnikası ilə torpaq işləri aparan yerli sakinə Azərbaycan postundan atıcı silahlardan atəş açılıb.
Atışma nəticəsində texnikaya cüzi ziyan dəyib, yerli sakin xəsarət almayıb.
Bu faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan tərəfi ilə birgə araşdırma aparır".
Xatırladaq ki, noyabrın 5-də axşam Azərbaycan Respublikası Müdafiə Nazirliyi erməni sosial şəbəkələrində yayılmış sözügedən məlumatı qəti surətdə təkzib edib.
Qeyd edək ki, son iki il müddətində Rusiya MN tərəfindən ermənilərin belə yalan və böhtanlar dəfələrlə "təsdiqlənib"…
(Moderator.az)
Geri dön |