Ana Sayfa > Karusel > Avtovağzalda içərisində 30 min dollar olan çanta OĞURLANDI

Avtovağzalda içərisində 30 min dollar olan çanta OĞURLANDI


7-11-2022, 12:34. Yazar: Admin
Avtovağzalda içərisində 30 min dollar olan çanta OĞURLANDI

Bakı Beynəlxalq Avtovağzalında içərisində 30 000 dollar olan çanta oğurlanıb.

 

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə noyabrın 1-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində içərisində 30 000 ABŞ dolları və geyim əşyaları olan çantanın oğurlanması barədə müraciət daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Azər Vəliyev müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.


Geri dön