Ana Sayfa > Karusel / Manşet > Bakıda 19 marşurut avtobusunun hərəkəti dəyişdiriləcək
Bakıda 19 marşurut avtobusunun hərəkəti dəyişdiriləcək6-11-2022, 20:32. Yazar: Admin |
8 Noyabr Zəfər Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətinin yürüşü ilə əlaqədar avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək. Yürüşün təşkil olunacağı 3 istiqamət üzrə ümumilikdə 19 sayda marşrutun (3, 5, 6, 10, 17, 18, 31, 37, 39, 53, 65, 77, 88, 96, 125, 127, 205, 206 və E1) hərəkəti müəyyən olunan saatlarda məhdudiyyətlərə uyğun alternativ küçələrdən keçməklə təşkil ediləcəkdir. Geri dön |