Ana Sayfa > Karusel / Cəmiyyət > Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə edilir
Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə edilir13-07-2020, 10:26. Yazar: Admin |
Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə edilir. Qarabaginfo.az xəbər verir ki, təxliyə edilən şəxslər hazırda Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısına toplanır. Onlar saat 10:00-da buradan xüsusi avtobuslarla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə yola salınacaq. Qeyd edək ki, təxliyyə ediləcək vətəndaşlar iyulun 11-də Tbilisidəki klinikalardan birində “PCR” testlərindən keçirilib və onların heç birində COVİD-19 virusu aşkarlanmayıb. Təxliyə edilənlərin Azərbaycanda karantinə alınmayacağı və onlara qeydiyyatda olduqları bölgələrə getmələri üçün bir günlük sərbəst hərəkət icazəsi veriləcəyi bildirilib. APA
Geri dön |