Ana Sayfa > Karusel / Manşet > Dünyanın koronavirus MƏNZƏRƏSİ: milyonlarla insan...
Dünyanın koronavirus MƏNZƏRƏSİ: milyonlarla insan...6-11-2022, 12:17. Yazar: Admin |
Dünyada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma hallarının sayı 632,43 milyona çatıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb. Məlumata görə, indiyədək 6,6 milyon insan COVID-19 infeksiyasından dünyasını dəyişib. Virusa 30 milyondan çox yoluxmanın olduğu ölkələr ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniyadır. “Worldometer” portalının məlumatına görə, bazar günü səhər saatlarına planetdə hər 1 milyon nəfərə düşən ölüm nisbəti 847,4 təşkil edib. ABŞ-da hər 1 milyon əhaliyə 3 276, Hindistanda 376, Fransada 2 397, Braziliyada 3 186, Almaniyada 1 831 nəfər ölüb. Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusun yayılmasını pandemiya elan edib. Geri dön |