Ana Sayfa > Karusel / Manşet > İtaliyada helikopter qəzası nəticəsində 7 nəfər ölüb

İtaliyada helikopter qəzası nəticəsində 7 nəfər ölüb


5-11-2022, 21:11. Yazar: Admin

İtaliyada helikopter qəzası nəticəsində 7 nəfər ölüb

İtaliyanın Apuliya bölgəsində helikopter qəzaya uğrayıb.

Qarabaginfo.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, bu barədə regionun vitse-prezidenti Rafaele Piemontese bildirib.

 

Helikopterin içərisində olan 7 nəfərin hamısı ölüb.

Adriatik dənizindəki Tremiti adasından havaya qalxan “Agusta A109” helikopteri radarlardan itib.

Ölən dörd nəfərin Sloveniyadan olan eyni ailənin üzvləri olduğu bildirilir.


Geri dön