Ana Sayfa > Karusel > Azərbaycanlı deputatın kafesini yandıran şəxs TUTULDU
Azərbaycanlı deputatın kafesini yandıran şəxs TUTULDU5-11-2022, 14:23. Yazar: Admin |
Rusiyanın Kostroma şəhərində kafedə yanğın törədən şəxs saxlanılıb.
Qarabaginfo.az xəbər verir ki, “Poliqon” kafesində güclü yanğın nəticəsində 14 nəfər həlak olub, 49 nəfər xəsarət alıb.
İlkin məlumata əsasən, hadisə müştərilər arasında qalmaqal yaranması və onlardan birinin qapalı məkanda fişəng atması nəticəsində baş verib.
Alov 3500 kvadratmetr ərazini bürüyüb. Xilasedicilər ərazidən 250 nəfəri təxliyə ediblər.
Xatırladaq ki, “Poliqon” kafesinin sahibi Kostroma vilayət dumasının deputatı İxtiyar Mirzəyevdir. O, zərərçəkənlərə və həlak olanların ailələrinə yardım göstərəcəyini bildirib. Geri dön |