Ana Sayfa > Karusel > Ceyhun Bayramov sülh müqaviləsindən DANIŞDI - Buna ehtiyac var

Ceyhun Bayramov sülh müqaviləsindən DANIŞDI - Buna ehtiyac var


5-11-2022, 11:06. Yazar: Admin

 Ceyhun Bayramov sülh müqaviləsindən DANIŞDI - Buna ehtiyac var

 

“Azərbaycan sülh gündəliyinə sadiqdir. Hesab edirik ki, Praqa və Soçidəki görüşlərdən sonra sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə ehtiyac var”.

 

Qarabaginfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə deyib.

 

Nazir bildirib ki, azad olunan ərazilərdə mina təhlükəsi qalmaqdadır.

 

"Üçtərəfli bəyanatın müddəlarına zidd olaraq Ermənistan silahlı birləşmələri hələ də tam olaraq Azərbaycan ərazilərindən çıxarılmayıb", - XİN başçısı əlavə edib.


Geri dön