Ana Sayfa > Karusel / Qarabağ > Azad edilən ərazilərdə minaya düşənlərin sayı açıqlanıb
Azad edilən ərazilərdə minaya düşənlərin sayı açıqlanıb5-11-2022, 10:42. Yazar: Admin |
“Azərbaycan dövlətinin əsas prioriteti azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi və keçmiş məcburi köçkünlərin ata-baba yurdalarına qayıtmasıdır. Azad edilən ərazilərdə işlərin görülməsində ən böyük təhlükə minalarla bağlıdır”. Qarabaginfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, indiyədək həmin ərazilərdə 267 Azərbaycan vətəndaşı minların qurbanı olub: “Minaların təmizlənməsi istiqamətində işlərimiz davam edir və günbəgün genişlənir. Azad edilən ərazilərdə yenidən infrastruktur qurulur”. Geri dön |