Ana Sayfa > Karusel / Manşet > CNN: ABŞ kəşfiyyatı iddia edir ki, İran Rusiyadan nüvə yardımı istəyir
CNN: ABŞ kəşfiyyatı iddia edir ki, İran Rusiyadan nüvə yardımı istəyir4-11-2022, 22:40. Yazar: Admin |
İranın nüvə yanacağının istehsalı üçün materialların əldə edilməsi və Tehranın nüvə silahı proqramının sürətləndirilməsi üçün Rusiyadan kömək istədiyi iddia edilir. Qarabaginfo.az xəbər verir ki, bu barədə CNN ABŞ kəşfiyyatına istinadən məlumat yayıb. Nəşr qeyd edir ki, kəşfiyyat məlumatlarına görə, İran Rusiya Federasiyasından əlavə nüvə materialları əldə etmək və nüvə yanacağı istehsalı üçün kömək istəyir ki, bu da Tehranın nüvə silahı yaratması prosesini sürətləndirə bilər. Moskvanın isə Tehranın tələblərinə razı olub-olmaması sual altındadır. CNN iddia edir ki, ABŞ prezident administrasiyası Moskva ilə Tehran arasında münasibətlərin inkişafından narahtdır. Geri dön |