Ana Sayfa > Karusel / Manşet > Bəhreyn Ukrayna və Rusiya arasında vasitəçi olmaq istəyir
Bəhreyn Ukrayna və Rusiya arasında vasitəçi olmaq istəyir4-11-2022, 22:11. Yazar: Admin |
Bəhreyn kralı Həməd bin İsa əl-Xəlifə Rusiya ilə Ukrayna arasında vasitəçilik etmək istəyir. Qarabaginfo.az xəbər verir ki, bu barədə Bəhreynin Rusiyadakı səfirliyindən bildirilib. Qeyd olunur ki, kral Ukrayna və Rusiya arasında istənilən rolu oynamağa hazırdır. "Bəhreynin kralı Əlahəzrət Həməd bin İsa əl-Xəlifə münaqişəni dayandırmaq üçün Bəhreyn Krallığının Rusiya və Ukrayna arasında vasitəçilik etməyə hazır olduğunu təsdiqləyir" , - Bəhreynin Moskvadakı səfirliyindən bildiriblər. Sentyabrın 30-da Həməd bin İsa əl-Xəlifə və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub, onlar iki ölkə arasında münasibətlərin inkişafını müzakirə ediblər. Geri dön |