Ana Sayfa > Karusel / Manşet > ABŞ Ermənistandakı vətəndaşlarına xəbərdarlıq etdi
ABŞ Ermənistandakı vətəndaşlarına xəbərdarlıq etdi4-11-2022, 19:51. Yazar: Admin |
ABŞ-ın Ermənistandakı səfirliyi ölkədə olan vətəndaşlarına xəbərdarlıq edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə səfirliyin sosial media hesabında məlumat yayılıb. Qeyd olunub ki, İrəvanda 5 noyabrda keçirilməsi gözlənilən mitinq zamanı qarşıdurmalar ola və gözlənilməz vəziyyət yarana bilər. ABŞ-ın ölkədəki səfirliyi öz vətəndaşlarını bu mitinqdə iştirakdan çəkinməyə və insanların sıx toplaşdığı yerlərdən uzaq olmağa çağırıb: “Hətta dinc keçirilməsi nəzərdə tutulan mitinqlər də qarşıdurmaya çevrilə bilər və bu səbəbdən sərt tədbirlərin tətbiqi gözlənilir". Xatırladaq ki, sabah Ermənistan müxalifəti Fransa meydanında mitinq keçirəcək. Geri dön |