Ana Sayfa > Karusel > Göyçayda yeniyetmənin ərə verilməsinin qarşısı alınıb
Göyçayda yeniyetmənin ərə verilməsinin qarşısı alınıb4-11-2022, 17:26. Yazar: Admin |
Göyçay rayonunda erkən nikahın qarşısı alınıb. DİN-in Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov APA-nın sorğusuna cavab olaraq bildirib ki, Göyçayda yeniyetmə qıza toy mərasimi keçirilməsi ilə bağlı məsələ dərhal nəzarətə götürülüb. Yeniyetmənin valideynləri polis şöbəsinə dəvət olunub, izahatları alınıb və qanunvericiliyin tələbləri izah edilib. Onlar ifadələrində qızlarına nişan mərasimi keçirmək istədiklərini bildiriblər. Sabaha keçirilməsi nəzərdə tutulan həmin mərasimin qarşısı alınıb və rayon Polis şöbəsinin təhqiqat bölməsində müvafiq araşdırmalar davam etdirilir.
Geri dön |