Ana Sayfa > Karusel / Siyasət > USAID Administratorunun müavini Azərbaycana gəlir

USAID Administratorunun müavini Azərbaycana gəlir


4-11-2022, 12:33. Yazar: Admin

USAID Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini səfir Erin MakKi

 

USAID Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini səfir Erin MakKi Cənubi Qafqaza səfəri çərçivəsində bu gün Azərbaycana gəlir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, səfir MakKi bu səfərlə ABŞ və Azərbaycan arasında 30 illik güclü tərəfdaşlığı bir daha vurğulamış olacaq.

"MakKiyə Administratorun Avropa və Avrasiya Bürosu üzrə müavininin köməkçisi Dr. Aleksandr Sokolovski də qatılacaq. Səfir MakKinin gündəliyinə ABŞ-Azərbaycan münasibətləri və USAID-in Azərbaycan hökuməti ilə tərəfdaşlığını müzakirə etmək üçün kənd təsərrüfatı nazirinin müavini ilə görüş, Bakı Limanının Baş direktoru ilə nəqliyyat marşrutları və əlaqədar məsələlərlə bağlı müzakirələr daxildir. O, iqtisadiyyatda qadınlar üçün imkanların genişləndirilməsi ilə bağlı qadın liderlər və sahibkarlarla görüşəcək. Səfir MakKi münaqişə nəticəsində həlak olanların xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını da ziyarət edəcək.

Səfir MakKi görüşlərində ABŞ-ın Azərbaycanın müstəqilliyinə və Cənubi Qafqazda davamlı sülhə dəstəyini vurğulayacaq, həmçinin Azərbaycan biznesləri və xarici ticarət tərəfdaşları arasında özəl sektorun əlaqəsini artırmaq, qadınların iqtisadi tərəqqisində irəliləyişləri təşviq etmək üçün USAID-in davamlı öhdəliklərini və regional ticarətdə və ərzaq qeyri-təhlükəsizliyin təsirinin azaldılmasında Azərbaycanın rolunun əhəmiyyətini vurğulayacaq", - səfirliyin məlumatında qeyd olunub.


Geri dön