Ana Sayfa > Karusel / Manşet > “Konfrans Liqasında sözümüzü deyəcəyik” - Tahir Gözəl

“Konfrans Liqasında sözümüzü deyəcəyik” - Tahir Gözəl


4-11-2022, 00:46. Yazar: Admin

“Konfrans Liqasında sözümüzü deyəcəyik” - Tahir Gözəl 

“Bəlkə də “Qarabağ”ın tarixindəki ən gözəl oyun bu idi”.

 

Qarabaginfo.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.

 

“Möhtəşəm oynadıq. Statistikalara baxsaq, 55 faiz top bizdə idi. İkinci hissədə 10 nəfərlə oynamağımıza baxmayaraq, yenə oyuna nəzarət bizdə idi. Ötürmələrin dəqiqliyi 82 faiz idi. Bunlar çox böyük, əlamətdar rəqəmlərdir. İndi bunun nəticəsi bizdən ötrü deyil, “Nant”ın vurduğu qollara görə dəyişdi. Yaddan çıxarmayaq ki, qarşımızdakı Bundesliqanın ən güclü 3 klubundan biri idi. Onların büdcəsi 100 milyonlarladır. Hər bir futbolçuları 3-5 milyonadır. Əlbəttə, “Qarabağ”la fəxr edirəm. Çox gözəl oyun alındı. Hamımız fəxr etdik”, - Gözəl bildirib.

 

O, Konfrans Liqasındakı hədəflərdən danışıb: “Hesab edirəm ki, Konfrans Liqasında yenə öz sözümüzü deyəcəyik. Mənim arzum, xəyalım 1/4 final, ondan sonra yarımfinala adlayıb, inşallah finala getməkdir. Biz özümüzə inanırıq. Bunu da deyim ki, bu il Avropanın ən gözəl 3 komandasından birinin “Qarabağ” olduğuna səmimiyyətlə inanıram”.

 

Qeyd edək ki, “Qarabağ” klubu UEFA Avropa Liqasında mübarizəni dayandırıb. Turnirin qrup mərhələsinin altıncı turunda Azərbaycan çempionu Almaniyanın “Frayburq” komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matç 1:1 hesabı ilə başa çatıb.

 

Avropa Liqasında mübarizəni dayandıran "Qarabağ" yoluna Konfrans Liqasının pley-offunda davam edəcək.


Geri dön