Ana Sayfa > Karusel / Manşet > "Microsoft"dan Ukraynaya 100 milyonluq YARDIM
"Microsoft"dan Ukraynaya 100 milyonluq YARDIM3-11-2022, 22:26. Yazar: Admin |
Amerikanın "Microsoft" korporasiyası 2023-cü ildə Ukraynaya texnoloji dəstəyini genişləndirməyi planlaşdırır. Qarabaginfo.az xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti Bred Smit Ukraynanın rəqəmsal transformasiya naziri Mixailo Fedorov ilə görüşdə bildirib. O, Ukraynaya 100 milyon dollar məbləğində əlavə yardım göstərməyi düşünür. “Bu yardım Ukraynadakı dövlət qurumlarının, mühüm infrastruktur obyektlərinin və digər sektorların öz rəqəmsal infrastrukturunu idarə etməyə və bulud vasitəsilə vətəndaşlara xidmət göstərməyə davam etməsini təmin edəcək", - açıqlamada qeyd olunub. Geri dön |