Ana Sayfa > Karusel / Cəmiyyət > AZAL Ər-Riyaddan 83 Azərbaycan vətəndaşını ölkəyə qaytarıb
AZAL Ər-Riyaddan 83 Azərbaycan vətəndaşını ölkəyə qaytarıb11-07-2020, 13:17. Yazar: Admin |
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 11-i şənbə günü Ər-Riyaddan Bakıya çarter reysi ilə 83 Azərbaycan vətəndaşlarını ölkəyə çatdırıb. Qarabaginfo.az xəbər verir ki, "Azerbaycan Hava Yolları" QSC-dən APA-ya verilən məlumata görə, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀ Qeyd edək ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir. Geri dön |