Ana Sayfa > Karusel / Təhsil > Orta məktəb dərsliklərinin hazırlanması üçün xərclər 1 milyon manat artırılıb

Orta məktəb dərsliklərinin hazırlanması üçün xərclər 1 milyon manat artırılıb


3-11-2022, 11:39. Yazar: Admin

Orta məktəb dərsliklərinin hazırlanması üçün xərclər 1 milyon manat artırılıb

Respublikanın ümumtəhsil məktəblərində şagirlərin 2023/2024-cü tədris ilində 300-dən çox adda təqribən 8 milyon nüsxə pulsuz dərsliklə təmin olunması və metodiki vəsaitlərin alınması ilə bağlı xərclər üçün 21,5 milyon manat vəsait ayrılacaq.

Qarabaginfo.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb.

Qeyd olunub ki, bu, cari illə müqayisədə 1 milyon manat (4,9 faiz) çoxdur.

Həmçinin məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan 124 min nəfərdən çox uşağın sağlam qidalanmasının təmin edilməsi məqsədilə 2022-ci illə müqayisədə 2023-cü ilə müvafiq xərclər 20 milyon manat və ya 19,8 faiz artırılaraq, 121 milyon manata çatdırılıb.


Geri dön