Ana Sayfa > Karusel > DTX-nin saxladığı deyilən Elnur Əliyev işdədir - RƏSMİ

DTX-nin saxladığı deyilən Elnur Əliyev işdədir - RƏSMİ


3-11-2022, 10:26. Yazar: Admin
DTX-nin saxladığı deyilən Elnur Əliyev işdədir - RƏSMİ

Noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanıldığı bildirilən nazirin birinci müavini Elnur Əli oğlu Əliyev işinin başındadır.

 

Bu barədə Qarabaginfo.az-a Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Nuridə Allahyarova bildirib.

 

"Elnur Əliyev nazirin birinci müavinidir. Onun işə çıxmaması üçün hər hansı səbəb yoxdur", - N.Allahyarova bildirib.

 

Qeyd edək ki, bu barədə ilk məlumatı Oxu.Az yayıb.

 

Xatırladaq ki, yerli mətbuatda yayılan məlumatlarda E.Əliyevin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı istintaqa cəlb edildiyi bildirilirdi.


Geri dön